Edubot AZ

Edubot AZ

0.0 64.24MB 0 免费
版本 1.0.36 更新 2025-12-06 开发者 Mirze Butayev
  • Edubot AZ screenshot
  • Edubot AZ screenshot
  • Edubot AZ screenshot
  • Edubot AZ screenshot
  • Edubot AZ screenshot
Edubot AZ screenshot
Edubot AZ screenshot
Edubot AZ screenshot
Edubot AZ screenshot
Edubot AZ screenshot

Description

Edubot – Təhsil İdarəetmə Proqramı əsasən təhsil sahəsində xidmət verən – məktəb, bağça, kurslar , repetitorların verdikləri xidmətləri çox rahat şəkildə idarə etməyə imkan verən proqram təminatıdır

Edubot – Təhsil İdarəetmə Proqramı əsasən təhsil sahəsində xidmət verən – məktəb, bağça, kurslar , repetitorların verdikləri xidmətləri çox rahat şəkildə idarə etməyə imkan verən proqram təminatıdır.

EduBot - istifadəçiləri birləşdirən veb/bulud əsaslı proqramdır. İstifadəçilər dediyimiz auditoriya - idarəçilər, rəhbərlər, müəllimlər, valideynlər, şagird/ tələbələr kimi təhsil müəssisəsinə  bağlı istifadəçilərdir. Proqrama işə , təhsilə davamiyyəti təqib etməkdən tutmuş valideynlərlə mütəmadi əlaqəni təmin edən mesajlar göndərməyə qədər müxtəlif funksiyalar daxildir.

Günümüzdə EduBot – ondan istifadə edən  təhsil qurumlarının vazkeçilməz dostuna çevrilmişdir.

EduBot – təhsil idarəetmə sistemi  təhsil xidmətlərinə aid əməliyyatların rəqəmsallaşdırılması prosesini qüsursuz olaraq həyata keçirir. Şagird / tələbə qəbulları, dərs cədvəlləri, bildirişlər , dərs davamiyyətinin qeydləri , şagirdlərin qiymətləndirilməsi ilə bağlı əməliyyatları digital olaraq  bu proqramda tapa bilərsiniz. Bundan əlavə, bu proqram aylıq hesabatları, ödənişləri, ev tapşırıqları  və s. kimi sahələri idarə etmək üçün istifadə edilən müxtəlif modullara malikdir. Bu sahələrin rəqəmsallaşdırılması təhsil qurumlarında baş verən müxtəlif prosesləri səmərəli və məhsuldar şəkildə idarə etməyə kömək edir.

EduBot – təhsil idarəetmə proqramı sizə dərs cədvəlləri yaratmağa, davamiyyəti qeyd etməyə, valideynlərə anında mesajlar göndərməyə və s. bu kimi çətin tapşırıqları yerinə yetirərək rəhbərlərin, müəllimlərin və digər idarəçilərin vaxtına və enerjisinə qənaət etməyə kömək edir.

 

EduBot – Təhsil  İdarəetmə Proqramından istifadənin üstünlükləri:

EduBot - aşağı qiymətli texniki xidmətlər verərək, daha az işçi ilə daha çox iş görməni təmin edərək, bütün əməliyyatları  avtomatlaşdıraraq və strateji tapşırıqlar ilə təhsil qurumlarına kömək edir.

Məktəblər, bağçalar, kurslar  hər bir müəllimin və digər işçilərin davamiyyətini öyrənmək üçün davamiyyət izləmə modulundan istifadə edə bilər.

Proqramda davamiyyət modulu  həmçinin şagirdlərin rahat qeydiyyatına, dərsə davamiyyətin daha asan təqibinə kömək edir.

Mühasibat modulu vasitəsilə asanlıqla əmək haqqının hesablanması, məzuniyyətin idarə edilməsi və yeni kadrların işə götürülməsi kimi vəzifələr həyata keçirilir. Sinif / qrupların formalaşdırılması, dərs cədvəllərinin əl ilə tərtib edilməsi çox vaxt aparan və əsəbverici ola bilər. Edubot ilə Məktəb, bağça, kurs rəhbərliyi  lazım olan müxtəlif cədvəlləri asanlıqla formalaşdıra və idarə edə bilər. EduBot proqramı sayəsində əl əməyi azalır  və görülən işlərə sərf olunan zamana qənaət olunur.
分类: 教育(155215) 版本: 1.0.36 BundleId: global.edubot.app 开发者: Mirze Butayev 最近更新: 2025-12-06