Codelandia rəsmi mobil tətbiqi tələbə və məzunları üçün tədris prosesini daha rahat, əlçatan və maraqlı edir. Əsas funksiyalar: Tələbə Kabineti – Dərs qrupu, tədris müddəti, cədvəl, müəllim-mentor məlumatları və digər vacib tədris detallarını izləmək imkanı. Profil – Şəxsi hesab məlumatlarını görmək və idarə etmək. Codelandia Times – Codelandia və texnologiya sahəsindəki yeniliklərdən xəbərdar olmaq üçün xəbərlər bölməsi. Karyera Mərkəzi – Tələbə və məzunlar üçün uyğun vakansiyalara asanlıqla çıxış imkanı.