Nestly.az

Nestly.az

0.0 33.94MB 0 Free
Version 1.0 Updated 2026-04-15 Developer Hamid Musayev

Description

Nestly

Nestly.az – mebel elanları platformasıdır. Burada satıcılar məhsullarını rahat şəkildə paylaşır, alıcılar isə istədikləri mebeli tez tapır. Sadəcə zövqünə və büdcənə uyğun mebelləri kəşf et!

Xüsusiyyətlər

- Zəngin seçim: Yeni və işlənmiş mebellər – 50-dən çox kateqoriya və 200-dən çox parametr arasından seçim imkanı.
- Sürətli elan yerləşdirmə: Şəkil əlavə et, təsvir yaz, mebelin detallı xüsusiyyətlərini seç, qiyməti qeyd et – elanın bir neçə dəqiqəyə yayımlansın.
- Kateqoriyalar üzrə baxış: Oturacaqlar, masalar, yataq otağı, ofis mebeli, uşaq mebeli, dekorativ əşyalar və daha çox.
- Ətraflı məhsul təsvirləri: Ölçülər, material, vəziyyət (yeni, işlənmiş və s.) haqqında ətraflı məlumat və birdən çox şəkil yükləmə imkanı.
- Axtarış və filtr: Qiymətə, kateqoriyaya, vəziyyətə və digər meyarlara görə filtrlə.
- İstifadəçi dostu dizayn: Sadə interfeys, sürətli keçidlər və intuitiv naviqasiya.
- Bildirişlər və xəbərdarlıqlar: Yeni mesaj və təkliflər üçün push-bildirişlər.
- Çoxdilli dəstək: Azərbaycan, İngilis və Rus dilləri arasında rahat keçid.

Satıcılar üçün

- Öz məhsullarını geniş auditoriyaya təqdim et.
- Birdən çox məhsulu idarə et və mesajlara cavab ver.
- Elanlarını yüksəlt və satış şansını artır.

Alıcılar üçün

- Axtardığın istənilən mebeli daha rahat tap.
- Müxtəlif satıcılardan qiymətləri və keyfiyyəti müqayisə et.

Nestly-nin üstünlükləri

- İstifadəsi sadə və rahat interfeys.
- Şəxsi məlumatların qorunması – Nestly yerləşmə və ya digər həssas məlumatları toplamır.
- Tamamilə pulsuz elan yerləşdirmə və baxış.

Nestly ilə mebel alqı-satqısı artıq daha rahat, təhlükəsiz və sürətlidir. İndi yüklə və mebel dünyasına bir addımda qoşul!
Category: Shopping(80324) Version: 1.0 BundleId: az.nestly.mapp Developer: Hamid Musayev Updated: 2026-04-15

In-App Purchases

1 items 1 currencies
1 中国

Item

¥ 0 CNY