
Çox sayda müxtəlif təyinatlı Azərbaycan dili lüğətləri bir oflayn-proqram daxilində! Sizə aşağıda sadalanan imkanları təqdim edəcək pulsuz proqrama sahib olun: • Azərbaycan dili sözlərinin izahını, sinonimlərini, omonimlərini, antonimlərini və müxtəlif xarici dillərə tərcüməsini asanlıqla tapmaq; • Xarici dil sözlərinin Azərbaycan dilində qarşılığını seçmək; • Lazım olan sözləri yalnız baş hərflərinə görə deyil, həm də son və ya ortadakı hərflərə görə tapmaq; • Lazım olan sözləri və söz birləşmələrini təkcə lüğət məqalələrinin başlıqlarında yox, məzmununda da axtarmaq; • Xoşunuza gəlmiş lüğət məqalələrini “Əlfəcinlər” siyahısına daxil etmək; • Əvvəl baxdığınız sözləri “Tarix” siyahısından asanlıqla tapmaq; • Lüğətləri söndürmək/qoşmaqla və onların əks etdirilmə ardıcıllığını dəyişməklə proqramı özünüzün fərdi tələblərinə uyğun xüsusiləşdirmək; • Yeni (izahlı, tərcümə və terminoloji) lüğətlər çıxdıqca, onları yükləmək. Bunlardan əlavə, interfeys üçün sizi qane edən dil (Azərbaycan, Rus və ya İngilis) və zahiri görünüş – “mövzu”, təyin etmək imkanı proqram ilə işinizi daha da rahat və xoş edəcək! Qeyd. Proqramın imkanlarından tam surətdə faydalana bilməyiniz üçün mobil qurğunuza Azərbaycan dili klaviaturasını quraşdırmağınızı tövsiyə edirik.