Yom ölkəmizdə mobil tətbiqi vasitəsilə istifadəçilərə camaşırxana xidmətlərini təklif edən platformadır
Yom ölkəmizdə mobil tətbiqi vasitəsilə istifadəçilərə camaşırxana xidmətlərini təklif edən platformadır. Biz paltarlarınızı sizdən götürür, təmizləyir və qapınıza çatdırırıq. Məqsədimiz, camaşırxana işlərini asanlaşdırmaqla insanlara vaxtlarını daha səmərəli istifadə etmək imkanı yaratmaqdır - çünki camaşır işləri bir həftədə 3 saatdan çox vaxtımızı alır və bir çox hallarda sıxıcı bir proses ola bilir! İnanırıq ki bu yolda ən keyfiyyətli çatdırılma və təmizləmə xidmətləri təklif etmək və insanlara bunu ən rahat şəkildə əlçatan etmək bu hədəfimizə gedən əsas yoldur. Vaxtınız özünüzə qalsın. Camaşırxana işlərinizi isə bizə həvalə edin!